AZ

“İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların ənənəvi bilikləri" mövzusunda tədbir keçirilib

Bakıda COP29 çərçivəsində “İqlim-təbiət əlaqəsinin əsasını təşkil edən Yerli Xalqlar və Yerli İcmaların (İPLCs) ənənəvi bilikləri mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirdə Finlandiyanın iqlim və ətraf mühit naziri Kai Mykkanen, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Grethel Aguilar və digər dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. K.Kai Mykannen Bakıda COP29 çərçivəsində tədbirlərdə iqlim dəyişikliyi və iqlim maliyyəsi mövzuları ətrafında çox şaxəli müzakirələrin aparıldığını bildirilib. IUCN baş direktoru isə öz çıxışında təbii sərvətlərin qorunmasında insan faktorunu ön plana çəkib. O qeyd edib ki, bu istiqamətdə müxtəlif ərazilərdəki yerli xalqlar olmadan heç bir hədəfə çatmaq mümkün deyil.

Tədbir daha sonra panel müzakirəsi ilə davam edib.

Seçilən
30
apa.az

1Mənbələr