AZ

Gələn il pensiyalar nə qədər artacaq? – Nazir AÇIQLADI

Növbəti ildə bizim əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatması proqnozlaşdırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.

"Beş ildə əmək pensiyalarının orta məbləğini 2 dəfəyə yaxın artıra bilmişik. Yaşa görə əmək pensiyasına baxdıqda isə rəqəm daha yüksəkdir.

Növbəti ildə bu rəqəm 569 manat olacaq. Cari illə müqayisədə 8 faiz artım var. 2019-cu ilin göstəricisinə baxsaq, bu, 292 manata bərabər idi", - nazir əlavə edib.

Seçilən
19
7
day.az

10Mənbələr