AZ

ÜMT su məsələləri üzrə Bakı Dialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir

Bakı. Trend:

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) su məsələləri üzrə BakıDialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir.

Trend xəbər verir ki, bubarədə ÜMT-nin Baş katibinin müavini Ko Barrett COP29 çərçivəsində"Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçünxilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"ÜMT üçün bu təşəbbüsün işə salınmasında iştirak etmək və COP29sədrliyini Bakı Su Dialoqunun hazırlanmasında dəstəkləmək böyükşərəfdir. Biz onun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa böyükümid bəsləyirik və bu təşəbbüsün necə sürətlə inkişaf etdiyinigörmək təsir edicidir. Onun gələcək inkişafına optimist yanaşırıq.COP29-da burada toplaşaraq suyun – planetimizin "qanının" – ParisSazişi hədəflərinə çatmaqda, iqlim dəyişikliyinin təsirlərininazaldılmasında, uyğunlaşmada və dayanıqlığın qurulmasında həyatirolunu dərk edirik", – deyə o vurğulayıb.

K.Barrett qeyd edib ki, şirin su ehtiyatları cəmiyyətin artantələbatı, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyininyaratdığı dəyişikliklər səbəbindən getdikcə daha çox təzyiqaltındadır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr