AZ

Məlikanlı məhbus işgəncə altında öldürülüb

3 həftə əvvəl Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində həbs edilən Qafar Əkbəri polisin istintaq təcridxanasında işgəncə edildiyinə görə noyabrın 20-də həyatını itirib.

Bu barədə insan haqları təşkilatlrı məlumat yayıb.

Məlumata görə, ağır vəziyyətdə Məlikan şəhərinin Sina xəstəxanasına köçürülən azərbaycanlı məhbusun bədənində çox sayda işgəncə izləri olub.

İnsan haqları təşkilatlarının ildirdiyinə görə, Əkbərinin yaxınlarının meyitdən paylaşdıqları fotolardan onun ayaq barmaqlarının dırnaqlarının çəkildiyi müçahidə olunur.

Məlikan şəhərinin Yolqunlu kəndindn olan 48 yaşlı Qafar Əkbəri 1 il yarım əvvəl baş vermiş qətl hadisəsində şübhəli şəxs qismində saxlanılmışdı.

visiontv.az



Seçilən
19
2
visiontv.az

3Mənbələr