AZ

“İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri”Yaşıl Zonada panel sessiya

Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiya keçirilib.

Tədbirdə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim dəyişmələrinin artan təsirləri ilə mübarizədə qarşılaşdıqları çətinlikləri araşdırılıb. Dəniz səviyyələrinin yüksəlməsi və ekstremal hava hadisələrindən tutmuş mühüm ekosistemlərin itkisinə qədər olan problemlər bu dövlətləri xüsusilə həssaslaşdırır.

İqlim müdafiəçisi və Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən müzakirə sessiyasında Millətlər Birliyi təşkilatının Baş katibi, baroness Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri H.E. Dr. Maina Talia, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Dr. Rebekka Nadin, Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov iştirak ediblər.

Sessiyada təbii ekosistemlərin - mərcan rifləri, manqrov meşələri və sahil bataqlıqlarının deqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmaların dolanışığı üçün necə təhlükə yaratdığı müzakirə olunub. Eyni zamanda, tədbirdə iqlim dəyişmələrinin bu dövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədən köç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarına əsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlərə də diqqət yetirilib.

“İqlim dəyişmələrinin ekosistemlərə təsiri: Yüksələn temperatur, dəniz səviyyəsinin artması və okean turşulaşmasının mərcan rifləri, manqrov meşələri, həmçinin su bitkilərini necə məhv etdiyi və bu ekosistemlərin bioloji müxtəliflik üçün əhəmiyyəti”, “İcma həssaslıqları: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) iqlim dəyişmələrinin sosial və iqtisadi təsirləri, o cümlədən köç, dolanışıq itkiləri və turizm, balıqçılıq və kənd təsərrüfatı sahələrinə təsiri”, “Dayanıqlılıq üçün inteqrasiya olunmuş həllər: Təbii maneələrin bərpası, iqlimə dayanıqlı infrastrukturun tətbiq edilməsi və yerli uyğunlaşma imkanlarının artırılması və ekosistemlərin qorunmasını icma yönümlü həllərlə birləşdirmək üçün strategiyalar” mövzularında müzakirələr aparılıb.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
9
2
ikisahil.az

3Mənbələr