Bakı. Trend:
Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının(COP29) Tərəflər Konfransının 29-cu sessiyasının onbirinci günüstart götürüb.
Trend xəbərverir ki, bu böyük tədbir sayəsində dünyanın müxtəlif ölkələrindəngələn nümayəndələr, liderlər və iqlim üzrə ekspertlər bir arayagəliblər.
COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-dəDubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. BirləşmişMillətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitindəinsanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaqüçün imzalanmış sazişdir.
"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksəkqanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Trend COP29-unonbirinci günündən maraqlı anların görüntülərini təqdim edir: