AZ

Nazirliklərin yerli nümayəndələri ilə iş məsələləri həll edilməlidir - Deputat

Özünüməşğulluq layihəsinə yenilik gətirilməlidir, bunu birgə məşğulluğa çevirməliyik.

Paralel.az xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclis komitələrinin birgə keçirilən iclasında büdcə zərfinin müzakirəsi deyib.

Deputat bildirib ki, Məşğulluq Mərkəzinin nüfuzu qaldırılmalıdır: “Bu, cəmiyyət, sosial problemlərin həlli üçün çox vacibdir. Xüsusilə nazirliklərin yerli nümayəndələri ilə iş məsələləri həll edilməlidir. Vakant yer olanda, bu, məşğulluq mərkəzində əksini tapır. Sabah kimsə məşğulluqda qeydiyyatda olmasa da, həmin vakant yerə işə düzəlir, yaxud bu gün məşğulluqda qeydiyyata düşür, sabah işə düzəlir. Bu necə olur? Tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır”.

Mürtəza
Paralel.az

Seçilən
8
6
paralel.az

7Mənbələr