AZ

“Beşiktaş”ın parlayan ulduzu sıradan çıxdı

Albaniya milli komandasının və “Beşiktaş”ın futbolçusu Ernest Muçi sıradan çıxıb. 

İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu UEFA Millətlər Liqasının 6-cı turunda Ukrayna ilə keçirdiyi oyunda (1:2) ayaq əzələsində zədə alıb. “Beşiktaş” klubu futbolçunun müalivə olunacağını açıqlayıb.

23 yaşlı vingeri bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, “Beşiktaş” Muçini ötən ilin fevral ayında Polşanın “Legiya” klubundan heyətinə qatıb.

Seçilən
23
idmanxeber.az

1Mənbələr