AZ

Zaxarova Aİ-yə: "Bu, vicdansız davranışdır"

“Rusiyaya qaz tədarükü üçün pul ödəməyən Avstriya konserni OMV-nin davranışı vicdansızlıqdır”.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya tərəfinin bununla bağlı reaksiyası tamamilə haqlıdır. Moskva bu halda “xeyriyyəçiliklə məşğul olmaq” niyyətində deyil.

“Bu, Avstriya konserninin vicdansız davranışıdır. Bizim buna mənfi reaksiyamız, mənə elə gəlir ki, haqlı davranışdı. Bu halda biz xeyriyyəçiliklə məşğul olmaq fikrində deyilik”, – diplomat bildirib.

QAZİLER.AZ

Seçilən
19
qaziler.az

1Mənbələr