AZ

Dorival Junior: “Onların mənə etimad göstərmələri vacibdir”

Futbol üzrə Braziliya yığma komandasının baş məşqçisi Dorival Junior millinin son uğursuzluqlarına aydınlıq gətirib.

Arena.az xatırladır ki, son illər ümumilikdə özünün tutqun kölgəsini xatırladan “selesao” 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin Venesuela yığması ilə 11-ci tur səfər və Uruqvay yığması ilə 12-ci tur ev oyununda rəqiblərinin müqavimətini qıra bilməyib – 1:1.

Dorival Junior bu uğursuz nəticələrə belə şərh verib:

“Biz son iki oyunda yaxşı futbol oynadıq, ancaq bəxtimiz də gətirmədi. Mən komandama inanıram. Ümidvaram ki, hər şey qaydasına düşəcək. Braziliyada hamı nəticəyönümlüdür. Elə mən də bunu yaxşı başa düşürəm, çünki işlədiyim bütün klublarda uğur qazanmağa çalışmışam. Düşünürəm ki, onların əksəriyyətində verdiyim vədləri yerinə yetirə bilmişəm. Onların mənə etimad göstərmələri vacibdir. Mən isə bunu müsbət nəticələr əldə etməklə əsaslandırmağa çalışdım”, – “Ekip” nəşri braziliyalı mütəxəssisdən sitat gətirir.

12 turdan sonra Braziliya millisi 18 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
9
arena.az

1Mənbələr