Aktual.az xəbər verir ki, qətnamədə digər məsələlərlə yanaşı, ölüm hökmünün icrasının artırılmasına qarşı xəbərdarlıq edilib, edamların sayının artırmasının İranın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilib.
Noyabrın 20-də təsdiqlənən qətnamədə BMT İranda ölüm hökmünün tətbiqinin narahatedici səviyyədə artımını kəskin şəkildə pisləyib:
"Bəzi edamlar məcburi etiraflara əsaslanaraq, ədalətli mühakimə və lazımi proses olmadan həyata keçirilir".
BMT həmçinin etnik və dini azlıqlara, o cümlədən bəhai təriqətinə mənsub şəxslərə ölüm hökmünün tətbiqindən ciddi narahatlığını ifadə edib, qadınların edamının davam etdirilməsini qınayıb.