AZ

Zavod direktorunun maşınını partladan şəxs 26 ildən sonra tutuldu

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Oktyabrski rayon məhkəməsi Baltik gəmi-mexaniki zavodunun baş direktoru İqor Malkinin avtomobilinin partladılmasını təşkil etməkdə şübhəli bilinən 54 yaşlı Vyaçeslav İvanovu həbs edib.

Avtosfer.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

İvanov yanvarın 18-dək həbsdə qalacaq. O, Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla iki və daha çox şəxsi öldürməni təşkil etməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, sui-qəsd cəhdi 1998-ci il iyunun 15-də baş verib. Həmin gün günorta İvanov tərəfindən cinayətə cəlb edilmiş şəxslər milis əməkdaşları adı altında sözügedən zavodun direktorunu və onun köməkçilərini sənədlərini yoxlamaq bəhanəsi ilə “VAZ 2108” markalı avtomobilidən endiriblər . Bu zaman cinayətin digər ortaqları sürücünün oturacağının altına partlayıcı qurğu yerləşdiriblər. Avtomobil uzaqlaşanda partlayıcı qurğu işə salınıb. Nəticədə direktorun köməkçilərindən biri həlak olub, digəri və Malkinin özü yanıq xəsarətləri alıb.

Üstündən 26 il keçəndən sonra İvanov bu il noyabrın 19-da evində saxlanılıb. Onun üzərindən dolu “TT” markalı tapança aşkar edilib. İvanov “Şimal-Qərb yol idarəsi” federal hökumət qurumunun şöbə müdirinin müavini vəzifəsini tutur.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr