AZ

Rusiya hərəkətə keçdi: bu ölkəyə qarşı hərbi hazırlıq görülür

Rusiya İsrailin müdaxiləsinə qarşı Suriyadakı mövcudluğunu gücləndirir. Rusiya Qolan təpələrinin işğal altında olan sərhədlərində qüvvələr bölgəsində yeni müşahidə məntəqələri yaradıb və texniki divarın tikintisinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, Suriya və Rusiya hökumətləri arasında əməkdaşlıq çərçivəsində Rusiya qüvvələri Dəməşqin tələbi ilə Quneytra və Dəra əyalətlərində müşahidə məntəqələrinin sayını 9-a çatdırıb.

Suriyada fəaliyyət göstərən Rusiya qüvvələrinin komandanının müavini general Aleksandr Rodionov bu barədə deyib: “2015-ci ildən bu yana bu bölgənin heç bir nöqtəsindən geri çəkilməmişik. Əksinə, biz müşahidə məntəqələrimizin mövcudluğunu gücləndirdik”.

Seçilən
17
publika.az

1Mənbələr