“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, AS nəşrinə danışan hazırda “Eyüpspor”un baş məşqçisi olan 37 yaşlı mütəxəssis gələcəkdə Madrid təmsilçisini çalışdırmaq istədiyini bildirib:
“Atletiko”nun baş məşqçisi olmaq istəyirəm. Özümü bu klubda La Liqa və Çempionlar Liqasını qazanarkən düşünürəm. Amma hələ qət etməli olduğum uzun bir yol var”.
Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə “Atletiko”da çıxış edib. Türk futbolçu İspaniya təmsilçisinin heyətində keçirdiyi 178 rəsmi matçda 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.