İqlim maliyyəsi ilə bağlı razılıq əldə olunmalıdır.
Bunu COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Millətlər Birliyi təşkilatının ("Commonwealth of Nations") Baş katibi Patrisia Canet Skotland bildirib.
"Bizim başqa seçimimiz yoxdur. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ya dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalır, ya da iqlim böhranı səbəbindən aldıqları borcları ödəyə bilmirlər", - o vurğulayıb.