AZ

Ukrayna Qərbin 300-dən çox şərtini yerinə yetirməyə söz verdi

"Ukrayna hökuməti "islahatlar matrisini" təsdiqləyib, bu matrisə 2024-cü il üçün qərb tərəfdaşlarının 300-dən çox tələbi daxil edilib. Bu tələblərin yerinə yetirilməsi 500 göstərici vasitəsilə qiymətləndiriləcək".   Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib. Onun sözlərinə görə, əsas “iş sahələri” arasında dövlət investisiyalarının idarə edilməsində islahatların aparılması da var. Hazırda strateji investisiya şurası yaradılıb və ümumi dəyəri 2,6 trilyon qrivna (Ukrayna Milli Bankının rəsmi məzənnəsi ilə 63 milyard dollar) olan 787 mövqedən ibarət vahid dövlət investisiya layihələri portfeli formalaşdırılıb.

Eyni zamanda, Şmıqal bu vəsaitlərin mənbələrini dəqiqləşdirməyib. Həmçinin, onun sözlərinə görə, planda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı addımlar var.

Seçilən
10
manset.az

1Mənbələr