AZ

Üçüncü Dünya müharibəsindən bəhs etmək üçün heç bir əsas yoxdur - ÖZƏL

"Hazırda Üçüncü Dünya müharibəsindən bəhs etmək üçün mənə elə gəlir ki, heç bir əsas yoxdur və Üçüncü Dünya müharibəsini başlada biləcək səbəblər də hələ gəlib çatmayıb". 



Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Əslində hazırda dünyanın müxtəlif regionlarında gərginliklər var və bu gərginliklər böyük ölçüdə bir-birlərinə bağlıdırlar. Amma vahid bir mərkəzdən idarə edildiyini düşünürəm. Yəni konkret bir bloklar, ittifaqlar halında müharibə getdiyini düşünmürəm və klassik mənada Üçüncü Dünya müharibəsindən danışmaq üçün heç bir əsas yoxdur. Bunu başa düşmək üçün bundan öncəki iki  müharibəyə baxmaq kifayətdir. Birinci Dünya Müharibəsi və İkinci Dünya müharibəsində rəsmi səviyyədə elan edilmiş müttəfiqlər var idi. Yəni misal üçün İkinci Dünya müharibəsində bir tərəfdə Antanta bloku var idi, digər tərəfdə isə nasist faşist bloku var idi. Birinci dünya müharibəsində dördlər ittifaqı və üçlər ittifaqı var idi. Yəni həmin dövrlərdə belə bizim dünya müharibəsi deməyimiz üçün bu iki müharibədə nələrin olduğuna baxmaq lazımdır. Dediyim kimi, rəsmi müttəfiqlik olmalıydı. Bundan başqa həmin ölkələr təkcə özləri yox, onların yanındakılar, müstəmləkələr də müharibəyə qoşulmuşdu. Döyüşlər planet miqyasında getdiyi üçün biz bunu dünya müharibəsi adlandırırıq. Bir dünya müharibəsində belə idi, İkinci Dünya müharibəsində belə idi, amma hazırda Üçüncü dünya müharibəsi üçün belə bir şey yoxdur. Hə, bu o vaxt ola bilər ki, misal üçün, Rusiya ilə NATO arasında bir müharibə başlasın ki, bax burda belə dünya müharibəsindən danışa bilmərik. Əslində dünya müharibəsini danışmaq üçün iki tərəf olmalıdır və bu tərəflərin də yanında dövlətlər olmalıdır. Baxın, Rusiya KTMT ilə birlikdə əgər müharibə etsə və yaxud da NATO alyans olaraq Rusiya və KTMT müharibə aparsa, bu dünya müharibəsi olar, çünki iki blok var və bloklar arasında müharibə gedir. Yaxud da məsələn, üçüncü dünya müharibəsi üçün bəlkə də ən yaxın ssenari ötən əsrin 60-cı illərində, soyuq müharibə illərində olmuşdu və həmin dövrdə qərb bloku var idi və şərq bloku var idi. Varşava paktı və NATO var idi. Bundan əlavə, dünyada sosial və liberal ölkələr var idi. Bunlar arasında bəli, müharibə olsaydı, bu yeni dünya müharibəsi olardı. Amma hazırda Rusiya-Ukrayna arasında gedən bir müharibəni dünya miqyasında müharibə kimi təqdim etmək bu mənə elə gəlir ki, tarixi bilməməzlikdir, ya da siyasi savadsızlıqdan başqa bir şey deyil.
Rusiya tərəfi bəli, nüvə doktrinasında dəyişiklik eləyib, amma bu da dünya müharibəsinin danışılması üçün kifayət deyil. Peskovun açıqlaması var ki, biz bu silahdan ən son anda istifadə edə bilərik. Əgər Rusiyanın nüvə silahından istifadə etməsini biz müharibə üçün əsas götürürüksə, bu yenə doğru yanaşma olmur. Çünki nüvə silahından istifadə üçüncü dünya müharibəsini başlamır, ümumiyyətlə nüvə silahından istifadə dünya müharibəsi başlatmır, əksinə bitirə bilər. Çünki dünya tarixində bunun bir örnəyi var, o da Amerika Birləşmiş Ştatlarının Naqasaki və Xirosimaya atdığı iki atom bombası var və bu ki, atom bombasından sonra Yaponiya təslim olur və müharibə də bundan sonra bitir. Yəni yenə deyirəm, bunu örnək ilə əsaslandırsaq, nüvə silahından, atom silahından istifadə etmək, dünya müharibəsi başlatmır, əksinə bitirir. Rusiyanın bu dəqiqə nüvə silahından istifa etmək kimi bir planı yoxdur. Bu, sadəcə Ukrayna və Qərbin gözünü qorxutmaq üçün atılan radikal bir addımdır və əgər istifadə etməli olsalar, bu, yenə taktiki nüvə silahı olacaqdır. Biz indi nüvə silahından danışırıq, amma bu nüvə silahı Amerikanın ikinci dünya müharibəsində atdığı portativ atom bombası kimi deyil. Bu silahdan istifadə çox xərcli bir şeydi. Üstəlik deyək ki, Rusiya bu xərci qarşıladı və Ukraynaya qarşı nüvə silahından istifadə etdi. Amma bunun fəsadları region üçün, Rusiyanın özü üçün də çox böyük olacaqdır. Yəni sadə bir şey deyim, hazırkı Rusiyanın arsenalında olan nüvə silahının ən zəifi belə atılacağı təqdirdə Çernobl faciəsində yaranan problemin hardasa 5-10 qat miqyasında dağıdıcı gücə malikdir və sual yaranır, Rusiya Ukraynaya bu silah atmaqla nəyə nail olmaq istəyir? Mən bunun olacağını düşünmürəm. Taktiki nüvə silahlardan istifadə edə bilər ki, bunların dağıdıcı gücü daha zəifdir. Bundan Ukraynanı qorxuda bilər. Amma bu belə dəhşətli bir silahdır. 
Elə buna görə mən üçüncü dünya müharibəsindən danışılmasını doğru hesab etmirəm. Klassik müharibə anlayışı var və yeni tendensiyalar əsasında formalaşan müharibə anlayışı var. Bəli, hazırkı prosesləri biz kölgə üçüncü dünya müharibəsi kimi qiymətləndirə bilərik, amma kölgə, yəni rəsmi elan edilmiş bir müharibə yoxdur. Müharibənin tərəfləri yoxdur və buna görə də biz bunu proksi müharibə kimi qiymətləndirməyimiz daha doğru olar. Buna görə Üçüncü Dünya müharibəsi anlayışı mən indiki məqamda qəbul etmirəm və yenə deyirəm, buna inandırıcı gəlmirsə, qayıdıb Birinci Dünya Müharibəsi və İkinci Dünya müharibəsinin başlanması, gedişatı və yekununa dair təşkilati məlumatları oxuyub bu nəticəyə gəlmək olar ki, hansı əsaslar olmalıdır ki, bu gün dünya müharibəsi olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr