AZ

“Həmin güzəştlərin məhdudlaşdırılması nəzərdə tutulur”

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində  nəzərdə tutulan dəyişiklik həyatın yığım sığortası sahəsində sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması ilə bağlıdır. Sözügedən layihədə həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 01.01.2025-ci ildən tətbiqinin ləğvi təklif olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Belə ki, özəl sektorla yanaşı, bir sıra publik hüquqi şəxslər, büdcədən maliyyələşdirilən təşkilatlarda və digər dövlət qurumlarında yüksək əməkhaqqı alan və gəlirlərinin 50 faizindən çox olmayan hissəsinə mütənasib həcmdə məcburi dövlət sosial sığortahaqlarının ödənilməməsi digər şəxslərə münasibətdə ədalətlilik prinsipinin pozulmasına və dövlətin öhdəliklərinin yerinə yetirilməsində iştirakda ayrı-seçkiliyə gətirib çıxarır.

Bununla yanaşı, həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində DSMF-nin gəlirlərinin artacağı da proqnozlaşdırılır”, - deyə A.Vəliyev bildirib.

Nuranə Daxilqızı

Seçilən
19
2
qafqazinfo.az

3Mənbələr