AZ

Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümüdür.

 

Modern.az bu münasibətlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə ilə həmsöhbət olub.

 

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın ilk dönəmlərində qurulmuş partiyadır:

 

“Milli İstiqlal Partiyası da müstəqil Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi təşkilatıdır. Bir neçə ay sonra isə YAP quruldu. Qısa müddət ərzində mərhum Heydər Əliyev bu partiyanın kifayət qədər böyük bir partiyaya çevrilməsinə, bir müddətdən sonra hakimiyyətə gəlməsinə nail oldu. Bu da çox böyük dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı olan şəxsin bilavasitə xidmətlərinin nəticəsi idi. YAP qısa müddət ərzində quruldu və az zaman sonra Azərbaycanda hakimiyyətə gəldi, bu gün də ölkəmizdə hakimiyyətini davam etdirir”.

 

O qeyd edib ki, çoxpartiyalı sistem ölkənin inkişafına töhfələrini verib və bundan sonra da verəcək:

 

“Ölkədə rəsmi fəaliyyət göstərən 26 siyasi təşkilat var. Hər bir siyasi partiyanın mövqeyi, platforması var. Ölkədə sağ və sol partiyalar da fəaliyyət göstərirlər. Eləcə də YAP hakim partiya olaraq bu gün qurulmasının 32-ci ilini qeyd edir. Biz partiyanın 30 illim yubileyində də dəvət olunmuşduq. Bu da partiyalararası münasibətlərin normal məcrada inkişaf etməsi üçün atılan addımlardan biri idi. Eləcə də AMİP-in 30-cu ildönümündə YAP-ın rəsmiləri, Tahir Budaqov iştirak etmiş və partiyamızı təbrik etmişdi. Mən də bu gün YAP-ın başda cənab İlham Əliyev olmaqla rəhbərliyini və bütün üzvlərini növbəti ildönümü münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycanda çoxpartiyalılığın mövcudluğu və gələcəkdə bir qədər də inkişafı dövlətimiz üçün uğurlu olacaq”.

Seçilən
14
modern.az

1Mənbələr