AZ

Əsassız pensiya ödənişlərinin dayandırılması iləbüdcəyə 1,6 milyard manat daxil olub

2019-2024-cü illər arasında fərdi uçotun sağlamlaşdırılması məqsədilə müsbət addımlar atılıb.

Fins.az, Əmək və sosial müdafiə naziri Sahil Babayevin açıqlamalarına istinadən xəbər verir ki, bu dövrdə 830 mindən çox proaktiv sosial ödəniş təyinatı həyata keçirilib.

Yaşa görə pensiyaların 89%-i proaktiv olaraq təyin edilib.

Eyni zamanda, əsassız pensiya ödənişlərinin dayandırılması və vergi sisteminin tətbiqi nəticəsində 3,1 milyard manat vəsait əldə edilib. Bunun 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyalara yönəldilib.
 

Fuad Mədətov
Fins.az

Seçilən
20
fins.az

1Mənbələr