Bu gün COP29 Beynəlxalq Konfransı çərçivəsində GP Cotton Holdings şirkəti pambıqçılıq sahəsi üçün mühüm olan "Torpaq Sağlamlığı" mövzusunda konfrans təşkil edib. Bu tədbir zamanı torpaq resurslarının qorunması və davamlı idarə olunması mövzusunda geniş müzakirələr aparılıb. Konfransda yerli və beynəlxalq ekspertlər, fermerlər, elmi araşdırma mərkəzlərinin nümayəndələri və hökumət rəsmiləri iştirak ediblər.
“Torpağın sağlamlığı” konfransında GP Cotton Holdings şirkətinin Direktoru Riçard Morqan, Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov, Emerging Ag şirkətinin Prezidenti Robynne Anderson, OCP Group şirkətinin Baş İnnovasiya Mütəxəssisi Dr. Leonardus Vergutz, CIFOR – ICRAF Torpaq və Ərazi Sağlamlığı üzrə Qlobal Tədqiqat təşkilatının rəhbəri Dr. Leigh Ann Winowiecki və FAO Avropa və Mərkəzi Asiya Regional Ofisinin Təbiət Resursları Mütəxəssisi Cermi Şlikkenrieder çıxış ediblər.
GP Cotton Holdings şirkətinin direktoru Riçard Morqan tədbirdə çıxış edərək qeyd etdi ki, "Pambıq istehsalında torpaq sağlamlığı çox önəmlidir, çünki bu, məhsuldarlığa böyük təsir göstərir. GP Cotton olaraq biz daim torpaq sağlamlığını düşünür və torpaqlarımızı sağlam saxlamaq üçün innovativ həll yolları axtarırıq."
Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov isə konfransda çıxış edərək Prime Cotton-da torpağın sağlamlığını qorumaq üçün innovativ həllər tətbiq edilir. “Biz torpaq sağlamlığı göstəricilərini monitorinq etməklə yanaşı, öz torpaqlarımızda və tərəfdaş fermerlərin sahələrində əkin rotasiyasını tətbiq edirik. Fermerlər üçün əkin rotasiyasını cəlbedici etmək məqsədilə hökumət və üçüncü tərəflərlə birlikdə rotasiya edilmiş məhsulların alınmasına dəstək göstəririk", - deyə o, bildirib.