AZ

"Qarabağ"ın müdafiəçisi sıradan çıxıb

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdman.biz xəbər verir ki, bu barədə Report.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.

İdman.biz

Seçilən
28
17
idman.biz

10Mənbələr