AZ

Füsunkar mənzərəli milli parklarımız - FOTO

Azərbaycanın milli parklarına səfər edib, ekoloji turizmə önəm vermək son illər bir ənənəyə çevrilib. 2023-cü ilin ötən dövrü ərzində milli parkları 252 485 turist ziyarət edib.

 

Ən çox ziyarətçi qəbul edən və ilk üçlükdə yer alan milli parklarımız -Kəpəz dağı, Göygöl və Maralgöl gölləri ilə zövqləri oxşayan Göygöl Milli Parkı, Abşeron yarımadasının ada və dəniz mənzərəli Şahdili burnunda gəzmək fürsəti təqdim edən Abşeron Milli Parkı, Qaranohur gölü, şəlalələri ilə göz oxşayan, zubr və Xallı maral ilə turistlərin diqqət mərkəzində olan Şahdağ Milli Parkıdır.

 

Ölkəmizdə 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı var. Ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini özündə birləşdirir.

Seçilən
239
13
modern.az

10Mənbələr