AZ

Britaniyalı general: Şərqi Avropada Putinin qoşunlarına qarşı döyüşməyə hazırıq

Britaniya öz əsgərlərini ruslarla müharibəyə göndərməyə hazırdır. Bu, Moskvanın şərq cinahda yerləşən NATO ölkələrindən birinə müdaxilə edəcəyi təqdirdə mümkündür.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin müavini, general-leytenant Rob Maqouen deyib.

Böyük Britaniya İcmalar Palatasının müdafiə komitəsində danışan Maqouendan Rusiyanın böyük eskalasiyası halında NATO-nun şərq cinahına neçə Britaniya briqadasının yerləşdirilə biləcəyi soruşuldu.

Buna cavab olaraq general-leytenant əmin etdi ki, Britaniyadan bu gecə döyüşmək istənilsə, bunu edəcək.

“Mən düşünmürəm ki, bu otaqda olan heç kəs ruslar bu gecə Şərqi Avropaya hücum etsələr, bu döyüşdə onlarla görüşəcəyik kimi illüziyaya qapılmasın”, - Maqouen bildirib.

O, Böyük Britaniya Silahlı Qüvvələrinin “bir sıra əməliyyat çətinlikləri və əməliyyat üstünlükləri” olduğunu açıqlayıb.

QAZİLER,AZ

Seçilən
19
1
qaziler.az

2Mənbələr