AZ

40 illik rekordu yenilədi

Fransa yığmasında yeni rekord qeydə alınıb.
Buna Adrien Rabyo Millətlər Liqasının İtaliya ilə matçında erkən qol vurmaqla nail olub.


“Marsel”in yarımmüdafiəçisi 59-cu saniyədə hesabı açıb. Bu, Fransa yığmasında 1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburqun qapısına vurduğu qoldan sonra ən erkən səfər qolu olub.

Qeyd edək ki, İtaliya - Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Didye Deşamın komandası bu qələbə ilə qrupu 1-ci yerdə başa vurub.

Seçilən
31
football-plus.az

1Mənbələr