AZ

Orban: Qərb sivilizasiyasının hökmranlıq dövrü sona çatıb

Qərb sivilizasiyasının hökmranlıq dövrü başa çatdı, bütün dünyanın qərbləşməsi strategiyası iflasa uğradı.

Bu barədə Budapeştdə Avrasiya Forumu zamanı Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Qərb dünyasında liberal-proqressiv hökmranlıq sona çatdı. Bütün dünyanın Qərb modeli üzrə təşkil edilməsi və bunun üçün seçilmiş xalqların iqtisadi və maliyyə faydaları müqabilində bunu etməyə hazır olacağı ideyası iflasa uğradı”, - deyə Orban qeyd edib.

Orbanın fikrincə, Asiya dövlətləri daha da güclənib və iqtisadi və siyasi cəhətdən müstəqil mövcud olmağa qadir olduqlarını sübut ediblər. Məhz buna görə də “dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib və Şərq iqtisadiyyatları Qərbdən dörd dəfə sürətlə inkişaf edir”.

Seçilən
20
aznews.az

1Mənbələr