AZ

Di Mariyadan ''Real'' və Mourinyo etirafı

Dünya futbolunun ulduzlarından olan və Argentinanın qazandığı son dünya çempionluğunda mühüm rol oynayan Anxel Di Mariya ''Real''da oynadığı dönəm və Joze Mourinyo haqda açıqlamalar verib.

2010-14-cü illərdə Madrid nəhənginin şərəfini qorumuş 36 yaşlı vinger bunları deyib:

''Mən uşaqlıqdan hər zaman sol vinger mövqeyində oynayırdım. Amma 2010-da ''Real''a gəldikdən sonra vəziyyət dəyişdi. Çünki solda Kriştiano Ronaldo oynayırdı və mən də özümə yeni mövqe tapmaq məcburiyyətində idim. Sağ cinahda bir neçə oyun keçirdikdən sonra özümü orda çox rahat hiss etdiyimi anladım. Joze Mourinyo bununla bağlı mənə heç nə demədi. Özüm anlayırdım ki, mövqeyimi dəyişməliyəm. Ronaldo solda, İquayn ilə Benzema mərkəzdə oynayırdı. Mənə yalnız sağ cinah qalırdı. Çünki 4-3-3-lə oynayırdıq. Sağda oynamaqla özümdə yeni şeylər kəşf etdim. Topla mərkəzə doğru hərəkət etməyə başladım. Həmin mövsümdən etibarən indiyə qədər də sağda oynayıram. Mourinyo inanılmaz bir insandı. Hər zaman oyunçularını sona qədər qoruyur. Sən onun üçün meydanda 100-də 100-nü versən, o sənə canını verməyə hazır olacaq. Onun başçılığı altında çox gözəl 3 mövsüm keçirdim. Mourinyo ilə bağlı neqativ heçnə söyləyə bilmərəm''.


ƏLİ
Seçilən
34
football-plus.az

1Mənbələr