Avrasiya tuneli bağlandı
İstanbulda Avropa səmti ilə Anadolu yarımadasını birləşdirən Avrasiya tunelindən keçid müvəqqəti olaraq dayandırılıb. Manset.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb tuneldən keçən avtomobillərdən birində yanğının baş verməsidir. Əraziyə yanğınsöndürənlər və xeyli sayda polis qüvvələri cəlb edilib. Əlavə məlumat verilmir.