AZ

Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu

Moskvanın Butırski Məhkəməsi qondarma nikahlar vasitəsilə qanunsuz miqrasiyanı təşkil etməkdə ittiham olunan iki kişi və bir qadına hökm oxuyub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, azərbaycanlı Mürsəl Əhmədov və Viktor Çetaykin ümumi rejimli həbsxanada 4 və 3,5 il, Tatyana Abramova isə 3 il sınaq cəzası alıb.

İstintaq və məhkəmə müəyyən edib ki, həmin şəxslər əcnəbiləri və rusları saxta nikahlara cəlb ediblər. Bu da ölkədə müvəqqəti yaşamaq icazəsi almağa imkan verib. Onlar həmçinin müştərilərə sənədləşmə işlərində də kömək ediblər.

Milli.Az

Seçilən
11
48
milli.az

10Mənbələr