AZ

Mərkəzi Bank 43 avtomobilin sığortasına 34 min manat xərcləyəcək

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Ata Sığorta” ASC olub.

 

“Ata Sığorta” ASC Mərkəzi Banka məxsus nəqliyyat vasitələrinin sığortalanması xidmətini həyata keçirəcək.

 

Mərkəzi Bank ümumilikdə 43 ədəd avtomobilin sığortalanması üçün “Ata Sığorta”ya 33 min 740,8 manat ödəyəcək.

 

Məlumat üçün bildirək ki, sığortalanacaq avtomobillərin içərisində ən bahalası 170 000 manat dəyəri olan 2022-ci il istehsalı “BMW 740i” markalı minik, ən ucuzu isə 12 000 manat dəyəri olan 2005-ci il istehsalı “Mercedes Benz Econic 1828L” markalı yük avtomobilidir.

 

Qeyd edək ki, sığorta olunacaq avtomobillər arasında dəyəri 100 000 manat olan 2 ədəd “BMW 520i”, dəyəri 90 000 manat olan “Lexus LX 570” kimi avtomobillər də var.


Onu da bildirək ki, sığortalanan avtomobillər arasında Mərkəzi Banka məxsus 12 ədəd AA qeydiyyat serialı avtomobil də var:

Tarix: 21 Noyabr 2024, 21:20   
Seçilən
6
2
pravda.az

3Mənbələr