AZ

Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası artırılıb

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ülvi Muradzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əməli özünü müdafiə edərkən ehtiyatsızlıqdan törətdiyini və məhkəmədən onun barəsində olan cəzanın azaldılmasını istəyib.

Zərərçəkən şəxsin hüquqi varisi isə məhkəmədən Ülvi Muradzadənin cəzasının ağırlaşdırılmasını və həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisənində çəkməsini xahiş edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin şikayətini əsassız hesab edərək qəbul edilməməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şikayətini rədd edib, zərərçəkənin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.

Qərara əsasən, Ülvi Muradzadənin cəzası 1 il artırılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2023-cü ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Seçilən
3
4
avtosfer.az

5Mənbələr