Fövqəladə Hallar Nazirliyindən (FHN) Demokrat.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, "Qobu Park-2" yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
"Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində onmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində, biri azyaşlı olmaqla, ümumilikdə 7 bina sakini təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb" ,- məlumatda qeyd edilib.
9Mənbələr
-
avtosfer.azBakıda yanğın: 7 nəfər təxliyə edildi ( 13260439)
-
bakupost.az"Qobu Park-2"də yanğın: 7 nəfər təxliyə olundu ( 13260148)
-
news24.az"Qobu Park-2"də yanğın: İnsanlar təxliyə olundu ( 13259794)
-
referans.az“Qobu Park-2″də yanğın: sakinlər təxliyə olundu ( 13259575)
-
teleqraf.com"Qobu Park-2"də yanğın: 7 nəfər təxliyə olundu ( 13258909)
-
axar.az"Qobu Park-2"də yanğın: 7 nəfər təxliyə olundu ( 13258669)
-
demokrat.azBakıda yaşayış binasında yanğın: Yeddi nəfər təxliyə edildi (VİDEO) ( 13258309)
-
modern.azBakıda yanğın: 7 nəfər təxliyə edildi ( 13258291)
-
olke.azBakıda yaşayış binasında yanğın: Yeddi nəfər təxliyə edildi ( 13258210)