AZ

Gəncədə bıçaqlanma hadisəsi baş verib, ölən var - YENİLƏNİB

21.11.2024

23:07

Azərforum xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə Gəncədə bıçaqlanma hadisəsi baş verib.

hadisə şəhər ərazsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni E.Huseynovun bacısı oğlu törədib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

X X X

23:24

Gəncədə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, R. Abbasov salxanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

X X X

22.11.2024

06:54

Gəncədə biçaqlanan şəxslərdən biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə 1968-ci il təvəllüdlü U. Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, gecə saatlarında ər və arvad qohumları tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4212
14
apa.az

10Mənbələr