İsrail Prezidenti İsaak Hersoq Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verilməsi ilə bağlı qərarını tənqid edib.
O, bu barədə “X” hesabında yazıb.
Hersoq bu qərarı ədalətsiz və qəddar adlandırıb.
“Bu ədalət və insanlıq üçün qara gün deməkdir. BCM-nin vicdansız, qəddar qərarı ədaləti gülüş obyektinə çevirdi. Bu qərar Qəzzada HƏMAS tərəfindən əsir götürülən 101 israilli girovun acınacaqlı vəziyyətinə, HƏMAS-ın öz xalqından canlı qalxan kimi istifadəsinə məhəl qoymur. Həqiqətən də, qərar demokratiya və azadlıqdansa terror və şər tərəfini seçdi və ədalət sistemini HƏMAS-ın insanlığa qarşı cinayətləri üçün canlı qalxana çevirdi”, - deyə İsrail Prezidenti bildirib.