AZ

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu yaxınlarda yuxusuzluq səbəbindən xəstəxanaya gedən kişi orada başqa bir ciddi diaqnoz - Parkinson xəstəliyi haqqında öyrənib.

 

Sfera.az bildirir ki, Vanq xəstəliklərin əsas səbəbinin 32 il əvvəl baş verən hadisə olduğunu hesab edir. Onun sözlərinə görə, o, həmin vaxt müdiri tərəfindən əsassız olaraq məzəmmət edilib.

 

"Bu mənim səhvim deyildi, amma müdir yenə də məni cəzalandırdı və mənə emosional ziyan vurdu. O vaxtdan bəri yuxu üçün dərmanlara güvənməli oldum, yaddaşım pisləşdi, başgicəllənmə və baş ağrıları yarandı"-deyə əlavə təfərrüatlar və adlar barədə açıqlama verməyən kişi bildirib.

 

30 il ərzində Vanq ölkə daxilində altı xəstəxanaya gedib, lakin dərman müalicəsi ona sadəcə qismən rahatlama gətirib. 

 

Doktor Niu Çaoyang qeyd edib ki, kişidə Parkinson xəstəliyinin yaranmasına səbəb uzun müddətli yuxusuzluq və depressiya olub. O, təqaüdçüyə yatmazdan əvvəl emosional stressdən qaçmağı tövsiyə edib.

 

Nəhayət, Vanq incikliyini buraxmağa və ardıcıl olaraq müalicə planına əməl etməyə qərar verib. 20 günlük terapiyadan sonra o, hər gün dərmansız bir neçə saat yata və irəliləyişlər hiss etdiyini bildirib.

 

Yeri gəlmişkən, qeyd edək ki, 2023-cü ilə qədər olan statistikada dünyada təxminən 9 milyon Parkinson xəstəsi olduğu, onların üçdə birinin Çində yaşadığı qeyd edilir.

 

Aynil

Seçilən
21
1
sfera.az

2Mənbələr