AZ

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib: “Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Xatırladaq ki, bu gün Pakistanda sərnişin avtobusuna hücum nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

XQ

Seçilən
14
27
xalqqazeti.az

10Mənbələr