AZ

Pakistanda avtomobil karvanına hücum olub

Bakı. Trend:

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Kurramrayonunda naməlum şəxslərin konvoya hücumu nəticəsində azı 38 nəfərhəlak olub.

Trend xəbər verirki, bu barədə "Geo TV" məlumat yayıb.

Hadisə zamanı naməlum şəxslər əyalətin inzibati mərkəzi olanPişəvərə doğru hərəkət edən avtomobil karvanını bir saat ərzindəatəşə tutublar. Ölənlər arasında qadın və uşaq da var.Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Pakistanın Prezidenti Asif Əli Zərdari hücumu qətiyyətləpisləyib və hadisə ilə bağlı araşdırma aparılmasını tapşırıb.

Telekanalın məlumatına görə, bir neçə aydır ki, Hayber-Paxtunxvaəyalətində müxtəlif tayfalar və siyasi partiyalar arasındatoqquşmalar baş verir, bu da bölgədəki bəzi yolların, o cümlədənPakistan və Əfqanıstanı birləşdirən magistralların bağlanmasınasəbəb olub.

Seçilən
37
az.trend.az

1Mənbələr