AZ

Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq?

Bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinin əks olunduğu lövhə götürülmüşdü.

Publika.az xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.

Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.

Seçilən
21
12
publika.az

10Mənbələr