AZ

Vaşinqton nüvə doktrinasına dəyişiklik etmək niyyətində deyil

“Vaşinqton Rusiyanın nüvə doktrinasını yeniləməsi ilə bağlı cavab tədbirləri görməyi planlaşdırmır”.

“Far.Az”un məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Karine Jan-Pyer brifinqdə bildirib.

O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə doktrinasını dəyişmək qərarına təəccüblənməyib: “Rusiya həftələrdir ki, doktrinasını yeniləmək planlarının əlamətlərini göstərir”.

Xatırladaq ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Seçilən
32
1
far.az

10Mənbələr