İraq "İslam Müqaviməti" tərkibindəki İraq şiə yarımhərbi qruplaşmaları İsrailin təhdidlərindən sonra ölkədə təhlükəsizlik nəzarətini gücləndirmək əmrinə baxmayaraq, İsrailin cənubuna yeni hücumlar həyata keçirdiklərini açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bəyanatda vurğulanır ki, İsrail hərbi hədəfinə hücum noyabrın 21-i axşam saatlarında baş verib.
Nəşr qeyd edir ki, qruplar “düşmən qalalarını məhv etmək əməliyyatlarını” davam etdirəcəklər.
Noyabrın 18-də İraqın "İslam Müqaviməti"nə aid silahlıları İsrailin cənubundakı hədəflərə hücum etdiyi bildirilir .