AZ

“Vaxtında bahalı avtomobilləri mənə uşaqlarımın atası alırdı”

Müğənni Aynur Dadaşova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi açıqlamanı qonaq olduğu “Həmin Zaur” verilişində verib.

Aparıcının “Deyirlər ki, avtomobil həvəskarısınız. Əvvəllər bahalı maşınlar sürürdünüz. İndi də avtomobillərin markasına fikir verirsiniz?” sualına Aynur belə cavab verib:

“Yox, dəməzdim… Əgər həm bahalı, həm də ucuz avtomobil yüksək sürətlə səni gedəcəyin ünvana eyni vaxta aparırsa mən fərq görmürəm. Amma zamanında mən bahalı marka maşınlar sürmüşəm. Maraq yox idi. Sadəcə uşaqlarımın atası mənə bahalı avtomobillər alırdı”.

Qeyd edək ki, A.Dadaşova müsahibələrində həyat yoldaşının ona xəyanət etdiyini bildirərək, boşandığını açıqlayıb. Aynurun bu nikahından bir qız və bir oğlan övladı var. 

 

 

 

Seçilən
21
1
olay.az

2Mənbələr