AZ

Qəzzalı uşaqlar İsrail ordusundan qalan konservləri yedikdən sonra zəhərləniblər

Qəzza şəhərinin şərqində İsrail ordusundan qalan konservləri yedikdən sonra 15 uşaq və bir qadın zəhərlənib.

“İki sahil” “HaberGlobal”a istinadla xəbər verir ki, Qəzza Mülki Müdafiə Müdirliyinin məlumatına görə, İsrail ordusunun Qəzza şəhərinin Şucaiyye məhəlləsinin şərqində əvvəlki quru hücumları zamanı tərk etdiyi konservləri yedikdən sonra 15 uşaq və bir qadın zəhərlənib.

Açıqlamada fələstinlilərə əllərində olan hər hansı konserv və ya qida, xüsusilə də süd məhsulları yemək təhlükəsi ilə bağlı xəbərdarlıq edilib və İsrail ordusunun onları yeyənlərə zərər vermək üçün xarab qidaları qəsdən tərk edə biləcəyi diqqətə çatdırılıb.

Açıqlamada zəhərlənənlərin vəziyyəti ilə bağlı məlumat verilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr