2024-cü ildə 301 nəfər sərhəd pozucusu saxlanılıb.
Modern.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.
“Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb”, - o bildirib.