AZ

DSX rəisinin müavini: Bu il ərzində 301 sərhəd pozucusu saxlanılıb

2024-cü il ərzində dövlət sərhədlərinin mühafizəsi zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər isə rejim pozucusu saxlanılıb.

"Report"un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, bu il ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb.

Seçilən
11
17
aznews.az

10Mənbələr