Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.
Bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
2024-11-21 23:12
Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.
Xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.
Faktla bağlı araşdırma aparılır.