AZ

Sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövrdə əhaliyə sosial müavinətlər üzrə 898 milyon manat, Prezident təqaüdləri üzrə 574 milyon manat ödənilib.

Qeyd edək ki, cari ilin 10 ayında 128 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 698 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
8
11
bakivaxti.az

10Mənbələr