AZ

Azərbaycanın neft və qazdan gəlirləri kəskin düşüb- 6,7 MİLYARD DOLLARLIQ AZALMA

2024-cü ilin 10 ayı ərzində Azərbaycandan 19 milyard 934 milyon 763 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsini aylıq statistikasına istinadən xəbər verir.

O cümlədən, 2024-cü ilin 10 ayı ərzində 12 milyard 762 milyon 589 min dollar dəyərində xam neft və 6 milyard 848 milyon 514 min dollar dəyərində təbii qaz ixrac edilib. 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 26 milyard 633 milyon 463 min dolar dəyərində neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 13 milyard 785 milyon 636 min dollar dəyərində xam neft, 12 milyard 271 milyon 972 min dollar dəyərində təbii qaz ixrac edilmişdi. 

Beləliklə, bu il Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə gəlirləri 6 milyard 698 milyon 700 min dollar, o cümlədən, xam neft üzrə 1 milyard 23 milyon 47 min dollar, təbii qaz üzrə 5 milyard 423 milyon 458 min dollar azalıb. Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması gəlirlərin azalmasına səbəb olub.

Seçilən
21
1
marja.az

2Mənbələr