Bakıda yeniyetmə qız itkin düşüb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Məhəmməd Hadi küçəsində yaşayan İ.Zərbiyev Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət edərək onunla eyni ünvanda yaşayan 2008-ci il təvəllüdlü dayısı qızı J.Abuşovanın itkin düşdüyünü bildirib. Şikayətçi qeyd edib ki, qohumu noyabrın 20-si səhər saatlarında evi tərk edib və geri qayıtmayıb. Müraciətlə bağlı araşdırma aparılır.