AZ

ABŞ-də tam robotlaşdırılmış qoşa ağciyər  transplantasiyası tətbiq edilib

ABŞ-də ABŞ-də tam robotlaşdırılmış qoşa ağciyər

ABŞ-də Nyu-York Universitetinin Tibb Mərkəzində (NYU Langone Health) cərrahlar, robot texnologiyasından istifadə edərək unikal bir əməliyyat həyata keçiriblər.

E-saglam.az xəbər verir ki, ilk dəfə olaraq, 57 yaşlı xroniki obstruktiv ağciyər xəstəliyindən (COPD) əziyyət çəkən bir xəstəyə tam robotlaşdırılmış qoşa ağciyər transplantasiyası tətbiq edilib. Bu əməliyyat minimal invaziv üsulla, robotik cərrahiyyə vasitəsilə icra olunub.

Cərrah Stefani Çanq, avtomatlaşdırılmış robot sistemlərinin istifadə edilməsi ilə əməliyyatın uğurla həyata keçirildiyini vurğulayıb: "Bu texnologiya, cərrahi müdaxilənin risklərini azaldır, orqanizmə təsir edən mənfi nəticələri minimuma endirir və əməliyyatdan sonra ağrıları yüngülləşdirir".

Bu, robotik cərrahiyyənin müasir tibbdəki gücünü və potensialını bir daha nümayiş etdirən bir addım olub.

E-saglam.az

Seçilən
5
1
e-saglam.az

2Mənbələr