AZ

Qusar Rayon Mərkəzi Xəstəxanası əmək hüquqlarını pozduğuna görə cərimələndi - QƏRAR

Qusar Rayon Məhkəməsində "Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb, xəstəxanaya cərimə cəzası kəsilib.

 

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Xəstəxananın baş həkimi Kamil Hacıyevdir.

 

Xəyal Quliyev

Tarix: 22 Noyabr 2024, 10:54   
Seçilən
22
1
pravda.az

10Mənbələr